ISESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) 11-ci Beynəlxalq Müsabiqəsinin   finalı senytabrın 30-nda baş tutdu.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsiylə bağlı sərəncamı rəhbər tutaraq, “İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının  11-ci Beynəlxalq müsabiqəsi” Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub.
Qonaqlar arasında iştirakçılar, musiqi mütəxəssisləri, həmçinin bir çox dövlət və özəl qurumların nümayəndələri var idi. Tədbir 3 hissədən ibarət keçirildi. Birinci- rəsmi hissədə, “Kainat Gənclik Mərkəzi”nin direktoru Kamran Rəsulzadə və beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, AR Xalq Artisti, BMA-nın prorektoru, professor Yeganə xanım Axundova çıxış edərək qonaqları salamlayıb və müsabiqənin əhəmiyyətindən söz açdılar. Eyni zamanda, Yeganə xanım qaliblərin siyahısından ibarət olan zərfi aparıcıya tədim etdi. İkinci hissədə artıq hər kəs qalibləri, nominantları və ən əsası, Qran-pri mükafatçısını tanıdı. Onlara, xüsusi diplom və hədiyyələr təqdim olundu. Yekunda isə gənc ifaçıların iştirakı ilə tamaşaçılara klassik musiqi parçaları təqdim olundu.
Belə ki, bu il Azərbaycan da daxil olmaqla,Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi müxtəlif ölkələrdən olan ifaçılar yarışmaya qatılmışdır. Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edirdi (o həmçinin beynəlmiləl tərkibli münsiflər heyətinin üzvü olur).
Müsabiqənin münsiflər heyətinin tərkibi:
1. Özbəkistan Respublikasından –   ŞÜKÜROV RÜSTƏM, Daşkənd Musiqi Məktəbinin pedaqoqu.
2. İran İslam Respublikasından – İSMAELZADEH YAHYA, Musiqi Məktəbinin pedaqoqu
3. Qazaxıstan Respublikasından – AYTEKOVA ZARİNA  Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrının musiqi müəllimi.
4. SLANİNA YELENA – Rusiya Federasiyası, Başqırdıstan Uşaq İncəsənət məktəbinin direktoru, beynəlxalq müsabiqələr laureatı.
5. TUĞBA TAMER TÜRELİ (Turkiyə)  – T.C. Simfonik Orkestrinin və İdarə Heyətinin üzvü, Haccetepe Universitetinin Dövlət Konservatoriyasının skripka müəllimi.
6. DOLİYEV BƏHRAM – Maya Quliyeva adına Türkmən Milli Konservatoriyasının Simli alətlər kafedrasının müəllimi -(Türkmənistan)
7.  Bakı Musiqi Akademiyasının tədris işləri üzrə  prorektoru, AR-nın əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə xanım Quliyeva – Azərbaycan.
8. Münsiflər heyətinin sədri, Bakı Musiqi Akademiyasının prorektoru,  AR Xalq artisti, pianoçu-bəstəkar, professor  Yeganə xanım Axundova.
İslam Dünyası gənc klassik musiqi  ifaçılarının                                                               (20 yaşa dək) 11-ci  Beynəlxalq  beynəlxalq müsabiqəsinin qalibləri:
KİÇİK YAŞ QRUPU
ORKESTR NOMINASIYASI
1 YER-  HƏSƏNLİ SURƏ – AZƏRBAYCAN
2 YER – AYUPOV SAMİR – ÖZBƏKİSTAN
3 YER –BAŞANOVA KARAKAT – QAZAXISTAN
KİÇİK YAŞ QRUPU
FORTEPİANO NOMINASIYASI
1 YER – QULİYEV HÜSEYN – AZƏRBAYCAN
2 YER – OTUZOVA AYNUR – TÜRKMƏNİSTAN
3 YER – QOCAYEVA XALİDƏ –AZƏRBAYCAN
BÖYÜK YAŞ QRUPU
ORKESTR NOMİNASİYASI
1 YER – VALEYEVA DARYA- BAŞQIRDISTAN.RUSİYA FEDERASİYASI
2 YER – BAŞIMOV KOVUS – TÜRKMƏNİSTAN
3 YER –KENESBEK DƏRYA –QAZAXISTAN
BÖYÜK YAŞ QRUPU
FORTEPİANO NOMİNASİYASI
1 YER -İSMAİLOV ASADBEK- ÖZBƏKİSTAN
2 YER – HÜSEYNZADƏ LEYLA -AZƏRBAYCAN
3 YER – HACIHƏSƏNZADƏ MAHNI – İRAN

GRAN-PRİ
HÜSEYN TURNA – TÜRKİYƏ

Təşkilat Komitəsi tərəfindən təsis etdiyi həvəsləndirici mükafatlar:
1.“Ən kiçik iştirakçı” nominasiyası, Velilyayeva Sofiya, 8 yaş, Özbəkistan
2.“Azərbaycan bəstəkarının əsərinin mahir ifasına görə” , Mirzayeva Anna, Özbəkistan
3.“Fərqli ifa manerasına görə”, Juk Artemiy, Özbəkistan.