Yeganə Axundova | Yegana Akhundova
Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor |
Azərbaycan Respublikasının Xalq artisti, Professor 
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) | 
MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ

Yaradıcı gənclərin potensialının aşkar edilməsi, təcrübə mübadilələrinin reallaşması üçün dünyanın bir çox ölkələrində baş tutan müxtəlif səpkili ifaçılıq müsabiqələri mövcüddur. 2012-ci ildən Azərbaycanda bu formatda yeni yaradıcılıq yarışmasının keçirilməsinə start verilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ISESCO-nun dəstəyi , Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil olunan və bu günə kimi davam edən  “İslam Dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi”ha-hazırda da möhkəm dayaqlar üzərində durmaqdadır. Ümumiyyətlə müsabiqənin məqsədi gənc istedadların musiqi sənəti sahəsində multikultural dəyərlərə, Qərb – Şərq dialoqu çərçivəsində estetik səviyyələrinin artırılmasına yönəlmişdir.

İlk illərdən iştirakçı ölkələrin coğrafiyasının genişlənməsi, beynəlmiləl tərkibli münsiflər heyəti üzvələrinin professionallığı bu beynəlxalq müsabiqənin yüksək nüfuzundan xəbər verir. Qaliblər və mükafatçılar arasında artıq dünyanın bir çox mötəbər səhnələrində böyük yaradıcılıq uğurları əldə etmiş gənc istedadlara da rast gəlmək olar.

Xüsusi çəki və özəlliyə malik bu layihənin Bakıda  baş tutub, uğurla davam etməsi Azərbaycanda yüksək tolerantlıq mühitinin mövcudluğundan, beynəlxalq əlaqələrin multikulturalizm prinsiplərinə söykənərək, əlaqələndirilməsindən xəbər verir.

İstər AR Gənclər və İdman Nazirliyi, istərsə də ISESCO-nun rəhbərliyinin “İslam Dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi”nə verdiyi yüksək qiymət, “Kainat” Gənclik Mərkəzinin nəzdində fəaliyyət göstərən təşkilat komitəsi  və beynəlmiləl tərkibli münsiflər heyəti üzvləri üçün əsas stimul rolunu oynamaqdadır. Müsabiqənin mütəmadi olaraq yerli və xarici ölkə mətbuatında, digər KİV-lərdə, internet şəbəkələrdə, sosial resurslarda işiqlandırılması, yaradıcı gənclərin mübadilə prosesinə diqqətin təzahürü kimi qəbul etmək olar.

Ecazkar musiqi dünyasına xoş gəlmisiniz!