İslam Dünyası gənc klassik musiqi ifaçılarının                                                              

(20 yaşa dək) 11-ci  Beynəlxalq  müsabiqəsinin 

Ə s a s n a m ə s i

Bakı şəhəri. Azərbaycan

                                            27-30 sentyabr, 2022- ci il.

Gənc istedadları 11-ci Beynəlxalq Klassik Musiqi müsabiqəsində iştiraka dəvət edirik.

Müsabiqə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunur.

  1. Müsabiqənin məqsəd və vəzifələri:
  2. Gənc istedadların aşkar edilməsi.
  3. Beynəlxalq təcrübə və fikir mübadiləsi.
  4. Yaradacılıq yollarının təyin edilməsi.
  5. Xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş təsəvvürün yaradılması.
  6. Gənc istedadların musiqi sənəti sahəsində multikultural Qərb – Şərq dialoqu çərçivəsində estetik səviyyələrinin artırılması.
  7. Müsabiqənin təsisçi və təşkilatçısı:

“Kainat” Gənclik Mərkəzi.

Dəstəkləyənlər:

  • AR Gənclər və İdman Nazirliyi
  • AR Mədəniyyət Nazirliyi
  • ISESCO (İslam Əməkdaşlıq Təşkilatının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə qurumu)
  • AR Xarici İşlər Nazirliyi
  • Bakı Musiqi Akademiyası
  • İnformasiya dəstəyi Azərbaycan Dövlət Televiziyası (AzTV)
  • Beynəlmiləl tərkibli münsiflər heyətinin sədri -AR Xalq Artisti, bəstəkar-pianoçu Yeganə Axundova.

Təşkilat komitəsinin sədri – “Kainat” Gənclik Mərkəzinin icraçi direktoru – Kamran  Rahib oğlu Rəsulzadə.

  • Tarix və keçiriləcəyi yer:

Bakı şəhəri, 28-30 sentyabr 2022-ci il.

Bakı Musiqi Akademiyasının Böyük Konsert zalı.

Müsabiqənin təşkili və keçirilməsi ilə bağlı təsisçi tərəfindən təşkilat komitəsi yaradılır.

Təşkilat Komitəsi 2022-ci ilin iyun ayının 20-dən öz işinə başlayır.

  1. İştirakçılardan tələb olunanlar:

Müsabiqədə 20 yaşınadək yeniyetmə və gənc instrumental ifaçı-müsiqiçilər iştirak edə bilərlər. Ərizələri qəbul edilmiş hər bir ifaçı, yalnız cədvəl üzrə təyin ediləcək gün və vaxt ərzində dinləmələrdə iştirak edə bilər. Müsabiqədə ifa olunan proqram, sənədlərlə bərabər göndərilməlidir. İfaçı tərəfindən təqdim olunan əsərlər müsabiqənin əsasnaməsinə uyğun olmalıdır, əks halda iştirakçının çıxışı müsabəqədən kənar hesab olunacaq.

Yaş qrupları:

Kiçik qrup – 15 yaşadək.

Böyük qrup – 16-20 yaş arası.

Musiqi əsərlərinin (3 əsər)  həcmi :

kiçik qrup üçün  – 15 dəqiqəyə qədər,

böyük qrup üçün –  20 dəqiqəyə qədər nəzərdə tutulub.

İştirakçılar təklif olunan reqlamentə mütləq riayət etməlidirlər.

Tələb olunan repertuar:

Fortepiano ixtisası üzrə:

Polifonik əsər,

Dünya klassik bəstəkarlarının musiqi əsəri

Azərbaycan bəstəkarının əsəri (F.Əmirov)

 

Orkestr alətləri ixtisası üzrə:

Dünya klassik bəstəkarlarının musiqi əsəri

Azərbaycan bəstəkarının əsəri (F.Əmirov)

İştirakçıların nəzərinə:

Müsabiqənin iştirakçıları yalnız öz musiqi alətləri ilə çıxış etməlidirlər. İştirakçılar musiqi əsəri seçimində sərbəstdir. Lazım olduqda, təşkilat komitəsi Azərbaycan bəstəkarlarının əsərlərinin not və partituralarını, konsertmeysteri təqdim etməyə hazırdır. İştirakçı yalnız müraciət ərizəsində sifariş edilən əsərləri ifa etməlidir. İştirakçılar ifa edəcəkləri əsərlərin notlarını münsiflər heyətinə təqdim etməlidir. Proqrama edilə biləcək hər hansı bir dəyişiklik münsiflər heyətinin bütün üzvlərinin razılığı ilə baş tuta bilər.  Fonoqramın istifadəsinə icazə verilmir.

( http://e-library.musigi-dunya.az/library_az.html)

Nominasiyalar:

 

  1. Piano solo, orqan solo, klavesin solo;
  2. Simli alətlər solo;
  3. Nəfəs alətləri solo.
  1. Mükafatlandırma:

Mükafatların təyin və təqdim olunmasında iştirak edəcək münsiflər heyəti Azərbaycandan və müsabiqəyə qatılacaq xarici ölkələrdən gəlmiş sənət adamlarından ibarət olacaq.

Mükafatlara  layiq görülənlər arasında yerlərin bölüşdürülməsi münsiflər heyətinin iştirakçılar tərəfindən proqram boyu topladığı ballara görə, imzalanmış protokollar əsasında aparılacaq.

Balların hesablanması müsabiqə boyu tövsiyə olunan meyarlara uyğun olaraq, münsiflər heyətinin hər bir üzvünün maksimal 10 bal təsis etmək hüququ var. Çıxışların qiymətləndirilməsi hər yaş qrupuna müvafiq olaraq ayrıca aparılacaq.

Münsiflərin qərarı müsabiqənin son mərhələsində elan ediləcəkdir. Bütün mərhələlər üzrə münsiflər heyətinin qərarı müzakirə olunmur.

Münsiflər heyəti  diplomların və pul qrantlarının sayını təsisi  hüququnu özündə saxlayır.

Münsiflər heyəti müsabiqənin aşağıdakı mükafatlarını təyin edir:

  • Qran Pri.
  • 1, 2, 3 dərəcəli laureatlar (hər iki yaş qrupu üzrə,1-ci yerlər).
  • müsabiqədə uğurlu iştirakına görə diplomlar.
  • Müxtəlif nominasiyalar üzrə sertifikatlar (fortepiano, simli və nəfəs alətləri)

Dəyərləndirmə meyarları:

  • İfaçılıq bacarığı (səsləndirmə, texnika, ritmika, alətlə rəftar, ifaçılıq dinamikası);
  • Repertuar mürəkkəbliyi;
  • Səhnə mədəniyyəti (səhnə mədəniyyəti, ifa mədəniyyəti və klassik geyim).
  1. Müsabiqənin keçirilmə qaydaları:

Müsabiqə  bir  turda keçiriləcək. Bütün iştirakçılar çıxışlarını təqdim edilmiş ərizələr və cədvəl üzrə münsiflər heyətinin diqqətinə təqdim edəcəklər.  Münsiflər heyətinin qərarı ilə qala konsert üçün çıxışçılar  qaliblər arasından seçilir.

  • Maliyyələşmə qaydaları:

Müsabiqənin büdcəsi təşkilat komitəsi tərəfindən təsdiq edilmiş xərclər smetası üzrə formalaşır. Layihənin maliyyələşməsində dövlət qurumları ilə yanaşı kommersiya təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri və həmçinin iş adamları da iştirak edə bilərlər. Müsabiqənin təşkilat komitəsi sponsorlara və tərəfdaşlara tədbirin işıqlandırılmasında istifadə olunacaq bütün formalarda reklam məlumatlarının yerləşdirilməsinə zəmanət verir. Sponsor və tərəfdaşlar şəxsi nominasiyalar üzrə öz mükafatlarını təsis edə bilərlər.

  • – Ən gənc iştirakçıya;
  • – Artistizm üçün;
  • – İstedad və yaradıcı perspektiv üçün;
  • – Azərbaycan bəstəkarın əsərinin virtuoz ifası üçün.

Təşkilat Komitəsi iştirakçılar üçün üzvlük haqqı müəyyən etmir.

Təşkilat Komitəsinə foto-şəkil, şəxsiyyəti təsdiq edən sənədin , ərizə anket mütləq təqdim olunmalıdır.

ÜNVAN: AZ1000.Azərbaycan Respublikası. Bakı şəhəri. Xəqani küçəsi 31. Mənzil 18. Telefonlar: +99412 493 03 81, +99412 493 76 59.

Faks: +99412 493 95 94.

Email: kainatgm@mail.ru

Web-site: www.kainat.az

Xarici qonaqlar üçün müsabiqə çərçivəsində geniş mədəni proqramın təşkili iş qrafikinə daxil edilib.

QEYD:  Tərəflərin bütün yenilik və əlavələr haqqında iştirakçı tərəflərə 15 gün əvvəl məlumat veriləcək.

“Təşkilat Komitəsi”